RU

Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın sərhəddən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
50
31
azertag.az

10Источники