RU

CAS AL-dən uzaqlaşdırılan Premyer Liqa klubu ilə bağlı qərar verdi

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın "Kristal Pelas"ı Avropa Liqasından kənarlaşdırmaq qərarını qüvvədə saxlayıb.

Publika.az xəbər verir ki, 2024/25 mövsümündə İngiltərə Kubokunun qalibi olan "Kristal Pelas" Avropa Liqasına vəsiqə qazanmışdı. Lakin 2025-ci ilin iyulunda UEFA klubun Avropa Liqasındakı yerini Konfrans Liqasına dəyişib.

Səbəb isə klubun "Lyon"la eyni sahibə məxsus olması idi. Fransa təmsilçisi də Liqa 1-də altıncı yeri tutaraq avrokuboklara vəsiqə qazanmışdı. "Kristal Pelas"ın Avropa Liqasındakı yerini "Nottingem Forest" tutacaq.

Избранный
40
publika.az

1Источники