RU

Vətəndaşlardan təqdirəlayiq addım: Nasaz maşını itələyərək yola saldılar VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yolda qalan sürücüyə kömək edən vətəndaşlar avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 8-də saat 19:12 radələrində paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Videodan da göründüyü kimi, 99-MR-333 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobildəki sərnişinlər yolda çətin vəziyyətdə qalan şəxsə dərhal yardım göstəriblər. Belə ki, onlar nasaz vəziyyətdə olan maşını yol boyu itələyərək hərəkətə gətiriblər. 

Qeyd edək ki, sərnişinlərin bu hərəkəti digər sürücülər tərəfindən yüksək qiymətləndirilib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
50
avtosfer.az

10Источники