RU

İran Vaşinqton razılaşmalarına mane ola bilməyəcək

İran Vaşinqton görüşündən sonra xarici müdaxilələr barədə narahatlığını bildirib, Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamədən kənarda qalmaqdan ehtiyat etdiyini bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin təhlilində qeyd olunub.

Nəşr bildirib ki, Azərbaycan və Ermənistan 35 illik düşmənçiliyə son qoymağa yaxınlaşıb, Vaşinqtonda sülh bəyannaməsi imzalayıblar, ABŞ-nin özəl konsorsiumunun İran sərhədində yerləşən strateji dəhlizə nəzarət etməsinə razılıq veriblər.

“Ermənistanın cənub hissəsindən keçəcək həmin dəhliz Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək, bu isə Bakının uzun illərdir irəli sürdüyü tələbdir. ABŞ həmin dəhlizə nəzarət edəcək, lakin o, 99 illik torpaq icarəsi müqaviləsi əsasında Ermənistanın suverenliyi altında qalacaq. Bu razılaşma bölgədə qüvvələr balansını dəyişəcək. Bəzi iranlı şərhçilər bu sazişi “İranın regionda geosiyasi boğulması” kimi qiymətləndiriblər”, - deyə müəllif vurğulayıb.

“The Guardian” yazır ki, Ermənistan ilə İranın şimal hissəsi arasındakı sərhəd boyunca yerləşən dəhliz üzərində nəzarət iki ölkə arasında sülhün əsas maneələrindən biri olub.

"İranın ABŞ, Ermənistan və Azərbaycanın qarşılıqlı faydalı hesab etdiyi bu razılaşmaya mane olmaq üçün edə biləcəyi çox az şey var”, - deyə məqalədə qeyd olunub.

Müəllif əlavə edib ki, İran və Rusiya ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmadan zərər görə bilərlər.

Избранный
21
50
modern.az

10Источники