RU

“İranın Zəngəzur dəhlizinə mane olmaq gücü yoxdur – reallıqla barışmalıdır” – ÖZƏL

"İranda Zəngəzur dəhlizi məsələsində mövqelər demək olar ki, iki yerə bölünüb. Bir tərəfdə prezident Məsud Pezeşkianın tərəfdarları - yəni islahatçı cinah, digər tərəfdə isə mühafizəkar təbəqə bu məsələyə fərqli yanaşır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, mühafizəkarlar Zəngəzur dəhlizinin açılmasını heç bir halda istəmirlər və bunu İranın milli təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirirlər. Ancaq islahatçı qanadın, xüsusilə də prezident Məsud Pezeşkianın daha pozitiv açıqlamaları müşahidə olunur. Məsələn, Pezeşkian bəyan edib ki, əgər bu dəhliz İranın milli təhlükəsizliyini təhdid etmirsə, açılmasında heç bir problem yoxdur. Sadəcə olaraq, İranda bəzi mühafizəkar dairələrə yaxın olan deputatlar və ictimai xadimlər bu dəhlizlə bağlı əsassız və mənasız açıqlamalar verirlər. Bir müddət əvvəl İranın keçmiş Xarici İşlər Naziri, hazırda isə İranın ali dini liderinin baş müşaviri olan Əli Əkbər Vilayətinin çıxışı buna nümunədir. Bu, tamamilə qərəzli mövqenin göstəricisidir.

Z. Əmrəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin İrana heç bir aidiyyəti yoxdur və İran bu dəhlizin açılmasına heç bir şəkildə müdaxilə edə bilməz: "Bu, hazırda Azərbaycan və Ermənistan arasında olan bir məsələdir və faktiki olaraq dəhlizin açılması ilə bağlı razılıq artıq əldə olunub. Digər tərəfdən isə ABŞ-nin bu prosesdə maraqlı tərəf kimi iştirakını görürük. ABŞ çox yüksək səviyyədə bu prosesdə yer alır və bu, Prezident Donald Trampın üzərində xüsusi dayandığı layihələrdən biridir. Bu, həm də onun beynəlxalq nüfuzunun göstəricisidir. Faktiki olaraq, Zəngəzur dəhlizi artıq böyük beynəlxalq layihə kimi həyata keçirilir. Bütün bunların fonunda İranın və ya başqa hər hansı bir ölkənin bu dəhlizə müdaxilə etməsi və ya onun qarşısını almağa çalışması tamamilə gülünc xarakter daşıyır. İran mövcud reallıqlarla barışmalı və bu cür açıqlamalara son qoymalıdır. Çünki İranın bu dəhlizin qarşısını almağa gücü çatmayacaq. Ən yaxşısı, münasibətlərin korlanmaması üçün Azərbaycanla əlaqələri normal saxlamağa çalışmaqdır. Çünki Zəngəzur dəhlizi məsələsi artıq ən yüksək səviyyədə həll edilib və İranın buna mane olmaq gücü yoxdur.

Sevda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
78
50
olaylar.az

10Источники