Media çadırına hücumun qurbanları arasında “Əl-Cəzirə”nin əməkdaşları var
Qəzza hökümətinin media idarəsinin bəyanatında deyilir ki, İsrailin bir gecədə mətbuat çadırına endirdiyi hava zərbəsi nəticəsində ölən jurnalistlərin sayı 6-ya çatıb.
Açıqlamaya görə, ölənlər arasında "Sahat" media platformasından jurnalist Məhəmməd əl-Xalidi də var.
“Əl-Xalidi Qəzzada “Əş-Şifa” xəstəxanası yaxınlığındakı media çadırını birbaşa hədəfə alan İsrail ordusu tərəfindən həyata keçirilən dəhşətli qətliamda öldürülən altıncı jurnalistdir”, - deyə məlumatda bildirilir.
2023-cü il oktyabrın 7-dən davam edən hücum nəticəsində həlak olan jurnalistlərin sayı 238-ə çatıb.
Daha əvvəl bildirilmişdi ki, “Əş-Şifa”ya hücum nəticəsində “Əl-Cəzirə”nin müxbirləri Enes əl-Şerif və Məhəmməd Quraika, həmçinin üç operator həlak olub. İsrail ordusu hücumda əl-Şerifin öldürüldüyünü etiraf edib. Eyni zamanda hərbçilər onun “HƏMAS hücrəsinin lideri” olduğunu və “İsrailə raket hücumları planlaşdırdığını” bildiriblər.
Rizvan CƏFƏROV,
“Azərbaycan”