RU

Qusarda bacı-qardaş baltalandı - Biri öldü

Qusarda bacı-qardaş baltalandı - Biri öldüQusar rayonunda bir nəfər öldürülüb, digər şəxsə ağır xəsarət yetirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Избранный
31
28
sonxeber.az

10Источники