RU

İnternetdən sifariş etdiyi krem həyatını kabusa çevirdi

Türkiyənin Van şəhərində 21 yaşlı qadın sosial şəbəkədən sifariş etdiyi dəri ağardıcı kremdən istifadə etdikdən sonra ağır vəziyyətə düşüb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın məhsulu üzünə və bədəninə tətbiq etdikdən qısa müddət sonra onda şişlik, yanma və qızartı yaranıb.

Ailə üzvlərinin yardımı ilə xəstəxanaya çatdırılan qadın 4 gün reanimasiyada saxlanılıb. Hazırda dermatologiya şöbəsində müalicəsi davam etdirilir.

“Van Yüzüncü Yıl” universitetindən professor Xədicə Uce Özkol kremdə yüksək miqdarda zərərli turşu aşkarlandığını və həkim məsləhəti olmadan belə məhsullardan istifadənin həyati təhlükə yaratdığını vurğulayıb.

Избранный
56
publika.az

1Источники