RU

Kür çayının sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum edilmiş Fərrux İmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Fərrux İmanov həmin bitkilərə qulluq edərkən ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaraq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
48
25
ekologiya.az

10Источники