RU

Azad edilmiş ərazilərdə 1 504 hektardan çox ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 95 piyada əleyhinə mina, 48 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 504 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az

Избранный
20
41
milli.az

10Источники