RU

İsti havalarda çayı həddindən artıq çox qəbul etməktəhlükəlidir

İsti havalarda çay, qəhvə və spirtli içkiləri həddindən artıq qəbul etmək sağlamlıq üçün təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, kardioloq Andrey Kondrakhin “Arqumenty i Fakty” nəşrinə bu haqda danışıb.

O, bildirib ki, bu içkilər orqanizmi susuzlaşdırır və ağır nəticələrə səbəb ola bilər.

Həkimin sözlərinə görə, hətta gənc və sağlam insanlar belə istidə bu içkiləri çox qəbul etdikdə susuzluqdan əziyyət çəkə bilər. Susuzlaşma isə qanın qalınlaşmasına və laxtalanma riskinin artmasına gətirib çıxarır ki, bu da infarkt ehtimalını yüksəldir.

Kondrakhin əlavə edib ki, istirahət zamanı xüsusilə çimərlikdə güclü zəiflik, başgicəllənmə və ya sinə ağrısı hiss edilərsə, dərhal həkimə müraciət etmək vacibdir.

Aytəkin TOFİQQIZI

Избранный
22
35
redaktor.az

10Источники