Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
"Avropa İttifaqının müşavirləri Moldovanın bütün dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə orqanlarında fəaliyyət göstərir və ölkə tam xarici nəzarət altındadır".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deuib.
Onun sözlərinə görə, bu ilin iyulunda Giurgiulesti limanının "Konstansa Dəniz Limanlarının Administrasiyası" şirkətinə satışı təsdiqlənib. Bu qərar Moldovanın suverenliyini kəskin şəkildə məhdudlaşdırır:
"Həmçinin xarici siyasətçilərin göstərişi ilə Moldova hakimiyyəti 2025-ci ildə torpaqların fermerlərdən alınması sxemini sonradan hərraclarda satmaqla qanuniləşdirib. Bu, daha çox milli kənd təsərrüfatının məhvini və fermerlərin kütləvi iflasını yaxınlaşdıracaq. Eyni zamanda Kişinyovdakı keçmiş mərkəzi stadion Amerika səfirliyi üçün yeni binanın tikintisi üçün köçürülür".
Gülşən Şərif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.