RU

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Bakı. Trend:

Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalqİnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurlaçıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.

98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadadaBakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdiAyxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdiHəsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllüliseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiqgörülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isəhəvəsləndirici mükafatla təltif olunub.

Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəbalqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həlletmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Onlarıntəqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasındadəyərləndirilib.

Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatikaOlimpiadasında təmsil olunur. Belə ki, məktəblilər 1994–2019-cuillər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on birmedal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlərAzərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, ikişagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusiəhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi vəTəhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki,məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstəkverir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilikvə bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalqmüsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.

Azercell qalib məktəbliləri təbrik edir, onlara gələcəkolimpiadalarda yeni uğurlar arzulayır!

Избранный
58
12
az.trend.az

10Источники