RU

Deputat: Ağ Evdəki görüşlər regiondakı destruktiv qüvvələrin fəaliyyətini məhdudlaşdırdı

BAKI, 11 avqust. TELEQRAF

"Vaşinqtonda imzalanan tarixi sənədlər Azərbaycan diplomatiyasının möhtəşəm uğuru və Cənab Prezident İlham Əliyevin müdrik, prinsipial, uzaqgörən siyasətinin, gərgin əməyinin növbəti təntənəsidir. Bu nailiyyət, illərdir davam edən mürəkkəb və həssas siyasi proseslərin ədalətli nəticə ilə yekunlaşması, Azərbaycanın milli və dövlət maraqlarının qətiyyətlə təmin olunması deməkdir".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin qlobal siyasətdə formalaşdırdığı xətt, yalnız region üçün deyil, beynəlxalq münasibətlər sistemi üçün də mühüm hadisədir: “Vaşinqtonda əldə olunan razılaşma, imzalanan sənədlər ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha möhkəmləndirməklə bərabər, həm də bütün dünyaya Azərbaycanın etibarlı tərəfdaş və güclü dövlət olduğunu göstərdi”.

Deputat hesab edir ki, hər üç dövlət başçısı tərəfindən imzalanan bəyənnamə mahiyyət etibarilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən Cənubi Qafqazda yaradılan yeni siyasi reallıqların təsbitidir: “Artıq indi demək olar ki, Azərbaycanın qətiyyətli mövqeyi və diplomatik çevikliyi nəticəsində bölgədə sülh, sabitlik və əməkdaşlıq üçün möhkəm baza yaradıldı. Həm də Ağ Ev görüşləri regionda çalışan destruktiv qüvvələrin fəaliyyətini kifayət qədər məhdudlaşdırdı”.

Günay Ağamalıya görə, ölkə başçısı sözün əsl mənasında möhtəşəm və təkrarsız tarix yazmaqda davam edir: “Vaşinqtonda imzalanan sənədlər hər bir Azərbaycanlıda qürur hissi doğurur və gələcək nəsillərin fəxrlə xatırlayacağı qlobal miqyaslı siyasi zəfər kimi yaddaşlarda əbədi yaşayacaqdır. Cənab Prezident İlham Əliyev Vətən müharibəsində olduğu kimi, diplomatik mübarizədə də böyük Zəfər qazanmağı bacardı”.

Избранный
128
50
teleqraf.com

10Источники