RU

Ağ Evdə tarixi görüş: Azərbaycanın mükəmməl siyasətinin nəticəsi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında 8 avqust tarixində Ağ Evdə keçirilən görüşdə çox böyük nailiyyətlər əldə olundu”. 

Bu sözləri Azad Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O, bu görüşün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb: 

“Azərbaycan Prezidenti İlham Əliyev müharibədə olduğu kimi sülh dövrünün də qalibi oldu. Dövlətimizin başçısının apardığı uğurlu siyasət öz bəhrəsini artıqlaması ilə verdi. ABŞ Prezidentinin Azərbaycan liderinə xoş münasibəti və onu yüksək qiymətləndirməsini xüsusi qeyd etmək lazımdır. 

Bu, İlham Əliyevin qlobal aləmdəki nüfuzunun real göstəricisidir. Trampın Ağ Evin simvolik açarını Azərbaycan Prezindentinə təqdim etməsi isə çox böyük jest idi. Ümumiyyətlə, Ağ Evdə Donald Tramp tərəfindən İlham Əliyevə qalib dövlətin lideri kimi öncəlik göstərildiyi açıq-aydın hiss olundu”. 

Ekspert bildirib ki, Azərbaycan masadan zəfərlə qalxıb: 

“Sözügedən görüşdə Zəngəzur dəhlizinin açılmasına, ATƏT-in Minsk Qrupunun və ölkəmiz əleyhinə olan 907-ci düzəlişin ləğv olunmasına qərar verildi, habelə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandı. Bütün bunların hər biri ayrıca tarixi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev bu uğurlara sadəcə bir görüşdə nail oldu. Bu da dövlətimizin başçısının siyasi ustalığı kimi qiymətləndirilməlidir”. 

Afiq Axundov qeyd edib ki, nəhayət, Zəngəzur dəhlizi məsələsi də öz həllini tapdı: 

“Görüşün ən böyük nailiyyətlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Adının necə olmasından asılı olmayaraq, yekunda bizim istədiyimiz oldu. Qısa bir zamanda ABŞ-nin bu məsələyə yaxşı mənada müdaxilə etməsi müsbət hal kimi dəyərləndirilməlidir. 

Faktiki olaraq, artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi yaradıldı. Üstəlik, azərbaycanlılar həmin yoldan maneəsiz şəkildə istifadə edəcəklər. Şükürlər olsun ki, bu hədəfimiz də reallaşdı”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu da Azərbaycan Respublikasının dünya miqyasında gücünü göstərdi: 

“Əlbəttə ki, bu Azərbaycanın bu istiqamətdə uzun illərdir apardığı uğurlu diplomatiyanın da nəticəsidir. Beləliklə, Azərbaycanın xarici siyasətinin necə mükəmməl olduğunu bir daha gördük. Biz əsas hədəfimizə və məqsədimzə çatdıq. Bir müddət sonra da qərbi azərbaycanlıların da öz dədə-baba yurdlarına qayıdacaqlar. Artıq buna olan inam daha da artacaq”. 

Elmir Mustafa 

“Cebheinfo.az”

Açar sözlər:

Ağ Ev Vaşinqton ABŞ Azərbaycan Ermənistan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
50
cebheinfo.az

10Источники