RU

“mygov” platformasına yeni məlumatlar inteqrasiya olunub

“mygov”
“mygov” platformasında rəqəmsal məlumatların əhatə dairəsi genişlənməyə davam edir. Belə ki, platformanın təhsil və tibb bölmələrinə yeni məlumatlar əlavə olunub. 1news.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində Xaricdə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil alan şəxslərin təhsil məlumatları artıq “mygov” platformasında əlçatan olub. İstifadəçilər məlumatlarla həm veb, həm də mobil tətbiq üzərindən tanış ola, onları sənəd formasında yükləyə və digər tərəflərlə paylaşa bilərlər. Sözügedən məlumatlar platformanın “Təhsil” kateqoriyasında yer alır.
Bundan başqa, “Övladlarımın peyvənd məlumatları” bölməsinə yeni məlumatlar əlavə edilib. Belə ki, vətəndaşlar bölmənin “Peyvənd təqvimi” hissəsində övladlarının yaş dövrünə uyğun vurulmalı peyvəndlərin siyahısı barədə ətraflı məlumat əldə edə biləcəklər. Məlumatlar həm veb, həm də mobil versiya üzərindən əlçatandır. Əlavə olaraq, İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub. Vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.

Qeyd edək ki, bu məlumatlara veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.

Избранный
23
4
1news.az

10Источники