RU

Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 1876-cı ildə Rusiya İmperiyasından satın aldığı Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

Turkustan.az xəbər verir ki, Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə etmək üçün avqustun 15-də ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdıran Putin uzun illərdən sonra ilk səfərini ABŞ-a edəcək. Bu səfər onun 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getdiyi sonuncu səfəri hesab olunur.

1732-ci ildə iki kəşfiyyatçı Mixail Qvozdev və İvan Fedorov tərəfindən kəşf edilən Alyaska sonrakı illərdə tacirlər tərəfindən istismar edilməyə başlandı. Əslən Rusiya ərazisi olan bölgə xəz ticarəti ilə Rusiya dövlətinə gəlir gətirirdi. 1799-cu ildə bölgədə Rus-Amerika şirkəti yaradıldı.

Krım müharibəsi zamanı belə uzaq və geosiyasi cəhətdən həssas bir bölgənin idarə olunması və qorunmasının xərcləri potensial qazancdan daha çox olduğunu sübut etdi.

Alyaskanın satılması ideyası ilk dəfə 1857-ci ildə rus çarı II Aleksandrın qardaşı knyaz Konstantin Nikolayeviç tərəfindən irəli sürülüb. Daha sonra Çar II Aleksandrın icazəsi ilə Alyaska 30 mart 1867-ci ildə ABŞ-a satıldı. Həmin vaxt ABŞ təxminən 1.518.800 kvadrat kilometr ərazi üçün ruslara 7,2 milyon dollar ödəmişdi. Bu rəqəmin bu gün 150 milyon dollardan çox olduğu təxmin edilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
79
2
turkustan.az

10Источники