RU

Avstraliya sentyabrda Fələstini tanıya bilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avstraliya sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini tanıya bilər.

Bizimyol.info xəbər verir ki, bunu nın ölkənin naziri Entoni Albaneze deyib.

"Avstraliya Fələstin Administrasiyasından götürdüyü öhdəliklərə əsasən, Fələstin xalqının öz dövlətini yaratmaq hüququnu tanıyır", - deyə Albanese qeyd edib.

O: "Biz bu hüququ reallaşdırmaq üçün beynəlxalq ictimaiyyətlə işləyəcəyik", - deyə əlavə edib.

Baş nazir HƏMAS-ın Fələstin dövlətində iştirak edə bilməyəcəyini açıqlayıb, eyni zamanda İsraili beynəlxalq hüquqa məhəl qoymamaqda davam etdiyinə və Qəzzada vəziyyətin gözləniləndən ağır olmasına görə qınayıb.

SBS News-un məlumatına görə, Nazirlər Kabineti bu addımı təsdiqləmək üçün daha əvvəl iclas keçirib. Hökumət bunu "Sydney Morning Herald" qəzetinin Entoni Albanezin yaxın günlərdə Avstraliyanın Fələstin dövlətini tanıdığını elan etməyə hazırlaşdığ barədə məlumat verdikdən sonra təstiqləyib.

Hesabatda deyilir ki, Avstraliya tərəfindən tanınması HƏMAS-ın hər hansı Fələstin hökumətindən çıxarılması və İsrailin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla şərtlərlə gələ bilər. Xarici işlər naziri Penni Vonq artıq İsrail rəsmilərini mümkün siyasət dəyişikliyi ilə bağlı məlumatlandırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
38
icma.az

10Источники