RU

Evin damına düşən meteoridin Yerdən 20 milyon il yaşlı olduğu müəyyənləşib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyun ayında ABŞ-da bir evə düşən meteoritin Yerdən daha yaşlı olduğu müəyyənləşib.

Bizimyol.info xəbər verir ki, Corciya Dövlət Universiteti iyunun 26-da ABŞ-da bir evə çırpılan və evin damını deşən meteoritlə bağlı analizini başa çatdırıb.

Universitetin internet saytından verilən açıqlamaya görə, meteoritin təxminən 4,56 milyard il əvvəl əmələ gəldiyi müəyyən edilib. Bu, meteoritin Yerdən təxminən 20 milyon il yaşlı olması deməkdir.

Corciya Universitetinin tədqiqatçısı Skott Harris: "Atmosferə girən bu meteoritin evə düşməzdən əvvəl uzun bir tarixi olub", - deyə qeyd edib.

Meteoritin düşdüyü evin sahibləri hələ də ərazinin ətrafında meteoritin qalıqlarını tapdıqlarını bildiriblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
5
icma.az

5Источники