RU

Anasından Özcanla bağlı sərt sözlər: Çox qəzəbliyəm...

Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir.

Publika.az xəbər verir ki, müğənninin anası Kadriye Deniz ilk dəfə bu barədə “Günaydın” verilişinə danışıb. K.Deniz oğlunun xəsis olduğunu bildirib:

“Özcan müsahibələrində deyir ki, evləndim, pul verməyi dayandırdım, ona görə belə edirlər. Özcandan soruşuram, hansı puldan danışırsan? Mən həmişə təvazökar yaşamışam. Heç vaxt sürücüm və ya xadiməm olmayıb. Heç vaxt brend paltar geyinməmişəm, səyahət etməmişəm və bahalı restoranlarda yemək yeməmişəm. Pulu kəsdim deyib, ona hücum etdiyimizi insanlara necə deyə bilər? Özcan, özünə gəl! Milyonlar qazanır, amma mənə ayda cəmi 20 min lirə (800 manat) ödəyir. Yalvardım, 20 min türk lirəsindən artıq pul göndərmədi”.

Müğənninin anası bildirib ki, dərmanlarını belə özü alır:

Избранный
11
9
publika.az

10Источники