RU

Rusiyadan 33 azərbaycanlı deportasiya edildi

BAKI, 11 avqust. TELEQRAF

Rusiyanın Sverdlovsk vilayətindən yanvar-iyul ayları ərzində təxminən 1000 miqrant qanun pozucusu öz vətənlərinə deportasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlər Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın yerli vətəndaş və Qırğızıstandan olan 130-dan çox qeyri-qanuni mühacir vətənə göndərilib. Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) ölkə ərazisini tərk etmək məcburiyyətində qalıb.

Избранный
48
5
teleqraf.com

10Источники