Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Hər dəfə deyirəm ki, təəcüblənməyəcəyəm heç nəyə, yenə də təəcüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Facebook” hesabında qeyd edib.
O, qeybətcil kişilərlə bağlı giley-güzarını belə ifadə edib: pizza sifarişi
“Beyin işlətməyən insanlardan zəhləm gedir.
Deməli, şəkil paylaşmışam səhnə aldığım məkandan. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, Facebookda şəkil, video, klip nadir hallarda paylaşıram. Facebookda status yazmağa daha çox üstünlük verirəm.
Nə isə, şərhlərdə bir neçə “kişi” (Facebook istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələrini tanısın.
Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların açıq şəkildə qeybətin etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır”.
Aytac Əliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.