RU

Anasından Özcanla bağlı sərt sözlər

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir. 

Axşam.az xəbər verir ki, müğənninin anası Kadriye Deniz ilk dəfə bu barədə “Günaydın” verilişinə danışıb. K.Deniz oğlunun xəsis olduğunu bildirib: 

“Özcan müsahibələrində deyir ki, evləndim, pul verməyi dayandırdım, ona görə belə edirlər. Özcandan soruşuram, hansı puldan danışırsan? Mən həmişə təvazökar yaşamışam. Heç vaxt sürücüm və ya xadiməm olmayıb. Heç vaxt brend paltar geyinməmişəm, səyahət etməmişəm və bahalı restoranlarda yemək yeməmişəm. Pulu kəsdim deyib, ona hücum etdiyimizi insanlara necə deyə bilər? Özcan, özünə gəl! Milyonlar qazanır, amma mənə ayda cəmi 20 min lirə (800 manat) ödəyir. Yalvardım, 20 min türk lirəsindən artıq pul göndərmədi”.

Müğənninin anası bildirib ki, dərmanlarını belə özü alır: 

“Sığortam yoxdur, ona görə də dərmanlarımı özüm alıram. Məni evdən qovanda kirayədə qaldım, köhnə bir evə köçdüm. İçində heç bir mebel də yox idi. Özcan Samarın (həyat yoldaşı) ailəsi üçün təzə mebel alarkən, mən köçdüyüm ev üçün ikinci əl mebel aldım. Evi özüm sildim, süpürdüm və təmizlədim. Mənim 70 yaşım var”.

“Ağlıma da gəlməzdi ki, övladlarım bir-birini məhkəməyə verər. Həm Özcanla, həm də Ercanla həmişə fəxr etmişəm. İndi ikisinə də çox qəzəbliyəm. Mən övladlarımı belə böyütməmişdim”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
9
axsam.az

10Источники