RU

İxtisas seçimi günlərində “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən Azərbaycan Milli Konservatoriyasında fəaliyyətə başlayan və ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 11-dən 19-dək aparılacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
50
azertag.az

10Источники