RU

Məleykə Abbaszadədən ixtisas seçimi ilə bağlı Müraciət Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Məleykə Abbaszadə videomüraciətində abituriyentlərin ixtisas seçimi zamanı diqqətli olmalarının vacibliyini vurğulayıb.

M.Abbaszadə qeyd edib ki, ən yaxşı qərar abituriyentlərin verəcəyi qərardır:

“Topladığınız bal sizin əməyinizin nəticəsidir. Ona görə də seçim də sizin olmalıdır. Biz istəyirik ki, siz seçimi özünüz edəsiniz və düzgün aparasınız. Çünki 4 il sonra əmək bazarına həmin ixtisasla daxil olacaqsınız.

Təəssüf ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqda 2-3 min ərizənin doldurulduğu, amma təsdiqlənmədiyi üzə çıxır. Bu isə çox acınacaqlı haldır, çünki həmin ərizələr arasında yüksək bal toplayan abituriyentlər də olur. Məlum olur ki, ərizələrin təsdiqi kimlərəsə həvalə olunub”.

“İxtisas seçimi zamanı 15 ixtisas seçmək mümkündür, lakin bu bütün xanaları doldurmaq məcburiyyətində olduğunuz anlamına gəlmir. Siz yalnız gələcəkdə həqiqətən oxumaq istədiyiniz ixtisasları seçməlisiniz. İxtisas seçimi zamanı abituriyentlərə müxtəlif məsləhətlər verilir. Onları dinləmək faydalıdır, amma son qərarı özünüz verməlisiniz. Bu sizin müstəqil həyata atdığınız ilk addımdır. Buna görə də seçim zamanı öz istəyinizi əsas götürməlisiniz. Nəticələr açıqlananda tez-tez belə fikirlərlə rastlaşırıq: “Mən istəmədiyim ixtisasa qəbul olmuşam”. Bu, əslində mümkünsüzdür. Əgər siz həmin ixtisasa qəbul olmaq istəmirsinizsə, onu seçim siyahınıza daxil etməməlisiniz. Ona görə də sizə müraciət edirəm ki, seçiminizi özünüz edin və ərizənizi mütləq özünüz təsdiqləyin”, - DİM sədri əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
19
qafqazinfo.az

10Источники