RU

UEFA Qarabağ ın rəqibinə xəbərdarlıq etdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FKSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
132
14
oxu.az

10Источники