Tokionun Korakuen zalında keçirilən eyni yarışda iki yapon boksçusu aldığı beyin zədələrindən dünyasını dəyişib. Ajans.az CNN-ə istinadən xəbər verir ki,28 yaşlı Şiqetoshi Kotari avqustun 2-də Şərq və Sakit Okean Boks Federasiyasının yeniyetmələr arasında yüngül çəkidə çempionu Yamato Hataya ilə 12 raundluq döyüşü heç-heçə ilə başa vurduqdan sonra yıxılıb. O, subdural hematoma – beyin və kəllə arasında qanın toplanması – diaqnozu ilə təcili əməliyyat olunsa da, cümə günü həyatını itirib. Ümumdünya Boks Təşkilatı (WBO) onun vəfatı ilə bağlı kədərləndiyini bildirib. Bir neçə gün sonra isə eyni yarışda döyüşən və 28 yaşlı Hiromasa Urakava, Yoji Saitoya nokautla uduzduqdan sonra aldığı oxşar beyin zədəsi səbəbindən dünyasını dəyişib. Onun həyatını xilas etmək üçün kraniotomiya əməliyyatı aparılıb. WBO sosial mediada yayımladığı açıqlamada həm Kotari, həm də Urakavanın vəfatından sonra Yaponiya Boks Komissiyasının OPBF titul döyüşlərinin raund sayını 12-dən 10-a endirməyə qərar verdiyini bildirir. Qeyd edək ki, bu il əvvəlində İrlandiyalı boksçu John Cooney də Belfastda keçirdiyi döyüşdən sonra aldığı xəsarətlərdən bir həftə sonra vəfat etmişdi.