Avqustun 11-də kriptovalyuta bazarının kapitallaşması rekord səviyyəyə – 4.06 trilyon dollara yüksəlib. Bu, son sutka ərzində bitkoinin qiymətinin 118 min dollardan 122 min dollara qalxması fonunda baş verib.
Ethereum məzənnəsi ilk dəfə 2025-ci ildə 4300 dolları keçib ki, bu da 2021-ci ilin noyabr ayının tarixi maksimumundan təxminən 12% aşağıdır.
Coinmarketcap-ın avqustun 11-nə olan məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması ilk dəfə olaraq 4.06 trilyon dolları ötüb, bunun 2.43 trilyon dolları Bitcoin, 518 milyard dolları Ethereum və 164 milyard dolları Tether-in USDT stabilkoinin payına düşür.