RU

Məşhur qapıçı azarkeşlərin 1000 funtluq hesabını ödədi

style='margin-bottom:10px;'>

"Kristal Pelas"ın qapıçısı Din Henderson qəribə addımı ilə gündəmə gəlib.

QOL.az xəbər verir ki, qolkiper İngiltərə Superkubokunu qazandıqdan sonra azarkeşləri içkiyə qonaq edib.

"Kristal Pelas" penaltilər seriyasında "Liverpul"u məğlub edərək (2-2, penaltilərdə 3-2) kuboka sahib çıxıb.

Qarşılaşmadan sonra bir neçə “Kristal Pelas” azarkeşi sosial şəbəkələrdə Din Hendersonun barda 1000 funt-sterlinq dəyərində içkilərinin pulunu ödədiyini iddia edib.

Sosial şəbəkələrdə "Din Henderson indicə "The Alsopp Arms"a daxil oldu və hamımızın içməsi üçün barda 1000 funt-sterlinq qoydu. Əfsanə! Təşəkkür edirik" kimi bir şərhə də rast gəlinib.

Избранный
43
3
teleqraf.com

5Источники