RU

Yanvar-iyul aylarında 36,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakı, 11 avqust, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb.

Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,2 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,2 faiz, əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,6 faiz, tütün məmulatlarının istehsalı 8,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4 faiz artıb. İçkilərin istehsalı 1,2 faiz, mebel istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 5,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12 faiz, elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 12,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 20 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz artıb.

Избранный
35
12
azertag.az

10Источники