RU

Artur Masuaku "Sanderlend"ə keçid edib

"Beşiktaş"la yollarını ayıran Artur Masuaku Premyer Liqa komandalarından "Sanderlend" ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub azad agent futbolçu ilə iki illik müqavilə imzaladıqlarını açıqladı.

Ötən mövsümün sonunda müqaviləsi başa çatan "Beşiktaş"dan ayrılan 31 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"ın heyətində 108 matça çıxıb və 3 qol vurub.

Fərid

MİA.AZ

Избранный
122
3
mia.az

4Источники