RU

"Azərbaycan dövlət başçısının Ağ Evdə yüksək ehtiramla qarşılanması doğru siyasətin təzahürüdür"- AÇIQLAMA

"Vaşinqtonda imzalanan 3 tərəfli bəyənnamə təkcə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə məhdudlaşmır, eyni zamanda bölgədə sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində də kifayət qədər önəmli addımdır". 

Bu barədə siyasi şərhçi Əli Zülfüqaroğlu Missiya.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı kifayət qədər ciddi təhdidlər var idi. İstər Fransa, İran, istərsə də Bayden Amerikası və digərləri tərəfindən maraqların səsləşdiyi regionda 3-cü tərəflər öz geosiyasi maraqlarını bərqərar etmək səyində idilər. 

"Lakin bunların heç biri onların gözlədiyi nəticəni verməyərək bumeranq effekti yaratdı. Dövlət başçısı cənab İlham Əliyevin burada  uzqgörən siyasi diplomatik fəaliyyəti məhz Vaşinqtonda özünü biruzə verdi. Bu kifayət qədər mühüm tarixi hadisədir".

Əli Zülfüqaroğlunun sözlərinə görə, ABŞ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi strateji tərəfdaşlıq, istərsə də müdafiə və təhlükəsizlik sahəsi üzrə münasibətlərin inkişafı prespektivləri yaradır.

 "Əlbəttə dünyanın ən qabaqcıl ölkəsi ilə Azərbaycan arasında münasibətlərin inkişafı burada özünü göstərir. Hesab edirəm ki, bu gün ABŞ xüsusi ilə Tramp adminstrasiyası yeni dünya düzəninin qurulmasında  kifayət qədər önəmli və həlledici rol oynayır. Bu baxımdan da bir sıra böyük dövlətlər belə D.Trampla əlaqələr yaratmaqla öz dövlətlərinin maraqlarını təmin etməyə çalışırlar. Hətta bir sıra dövlətlər buna nail ola bilmirlər".

Siyasi şərhçi onu bildirib ki, uğursuz təmas yürüdülən yanlış siyasətdən qaynaqlanır. Bu məsələdə Azərbaycanın uğuru isə xüsusi olaraq diqqətləri özünə çəkir.

"Azərbaycan dövlət başçısının Ağ Evdə yüksək ehtiramla qarşılanması və ona olan xüsusi hörmət doğru siyasətin təzahürüdür. Bundan sonra da Azərbaycan sülh sazişinin imzalanması istiqamətində xüsusi ilə səy göstərəcək və həmçinin ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün prespektivlər yaranıb və yüksələn xətt üzrə inkişaf edəcək".- Ə.Zülfüqaroğlu əlavə edib.

İlahə QənbərliMissiya.Az

Избранный
19
missiya.az

1Источники