RU

Azad edilmiş ərazilərdə daha 143 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (04.08.2025 -10.08.2025) məlumat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 48 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 977 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1504 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Избранный
18
41
apa.az

10Источники