RU

Alvaro Morata “Qalatasaray”ı tərk etdi - Rəsmi

Türkiyə çempionu “Qalatasaray” futbol üzrə İspaniya millisinin də üzvü olan hücumçusu Alvaro Morata ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib. Forvardın məxsus olduğu İtaliyanın “Milan” klubu “sarı-qırmızılar”a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.

Xatırladaq ki, Alvaro Morata bu ilin fevralında “Qalatasaray”a keçmişdi. İspan futbolçu Türkiyə nəhəngi ilə müddəti 2026-cı ilin yanvar ayının 20-nə qədər qüvvədə olacaq icarə müqaviləsi imzalamışdı. O, İstanbul klubunun heyətində 16 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Morata “Qalatasaray”la Türkiyə çempionluğu sevincini yaşayıb.

Morata 2024-cü ilin iyul ayında Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Alvaro “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 86 oyuna 37 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Избранный
58
16
arena.az

9Источники