RU

30-cu Yubiley Xəzər İnşaat Həftəsinə hazırlıqlar tam sürətlə davam edir

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 30-cu Yubiley Xəzər İnşaat Həftəsinə hazırlıq işləri tam sürətlə davam edir. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan bu tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 13-cü Xəzər Beynəlxalq Mebel İstehsalı və Ağac Emalı Sərgisi – “MebelExpo”,   4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” sərgisi baş tutacaq.

Bu il Xəzər İnşaat Həftəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri öz yubileyini qeyd edir və bu əlamətdar hadisə sərgilərin tədbirlər proqramında da öz əksini tapacaqdır. Region üçün əhəmiyyətli tədbirləri vahid ad altında birləşdirən Xəzər İnşaat Həftəsi Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin qabaqcıl şirkətlərini bir araya gətirir.

30 illik uğurlu tarixə malik Xəzər İnşaat Həftəsi etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında layiqli yerini tutur və regionun əsas oyunçuları və mütəxəssisləri ilə birbaşa əlaqə qurmaq fürsətini təqdim edir. 

Hazırda sərgilərə hazırlıq işləri aktiv şəkildə aparılır. Sərgilərə beynəlxalq marağın artması nəticəsində sərgi sahəsinin böyük hissəsi artıq müxtəlif ölkələri təmsil edən iştirakçılar tərəfindən rezerv olunub. Bu il də sərgilər Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu əhatə edəcək. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İtaliya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan bir çox yeni şirkətlər iştiraklarını təsdiqləyib. “Holcim”, “Sumqayıt Texnologiyalar Parkı" (STP), “Norm ASC”, “Vertus”, “AS Group”, “Azmade Group”, “Matanat A”,  “Albaddad”, “Çuhadaroğlu Alüminyum Sanayi ve Ticaret A.Ş”, “Almet Baku”, “Texnoforma”  və digər aparıcı şirkətlər artıq sərginin iştirakçıları sırasındadır. Ənənəvi olaraq, kiçik və orta biznesin inkişafını dəstəkləmək məqsədilə “AZPROMO” və “KOBİA” kollektiv stendlərlə təmsil olunacaq.

Tədbirə olan marağın artması fonunda ilk dəfə olaraq, Xəzər İnşaat Həftəsinin Baş sponsoru qismində “PMD Group” çıxış edir. Daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan “PMD Group”un sponsorluğu, tədbirin sektorda etibarlı və perspektivli əməkdaşlıq platforması kimi qəbul edildiyini göstərir. Xəzər İnşaat Həftəsi iştirakçılar üçün işgüzar əlaqələrin qurulması, məhsulların və texnologiyaların tanıdılması, yeni bazarlara çıxış, eləcə də sektor üzrə beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından effektiv platforma kimi çıxış edir.

Ötən illərdə olduğu kimi, bu il də Xəzər İnşaat Həftəsinə müvafiq qurumlar və assosiasiyalar tərəfindən dəstək göstərilir. Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.

Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Xəzər İnşaat Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Xəzər İnşaat  Həftəsi haqqında ətraflı məlumatları www.caspianconstructionweek.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Избранный
8
6
xalqqazeti.az

7Источники