Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş vermiş zəlzələ ilə bağlı rəsmi sosial media hesabında paylaşım edib.
Prezident bildirib ki, bütün əlaqədar qurumlar dərhal fəaliyyətə başlayıb və zəruri tədbirlər görülür. O, həmçinin zəlzələdən təsirlənən bütün vətəndaşlara dərin həmrəylik ifadə edərək, onlara keçmiş olsun diləklərini çatdırıb.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, hadisə yaxından izlənilir və bütün səylər vətəndaşların təhlükəsizliyi üçün səfərbər edilib. \\musavat\\