RU

Ermənistan-Türkiyə sərhədinin açılmasının vaxtı məlum deyil

Ankaradakı mənbə qeyd edib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi Yerevan və Bakı arasında sülh prosesi ilə paralel davam edəcək.

Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret müddət məlum deyil, türkiyəli diplomatik mənbə “RİA Novosti”-yə bildirib.

"Bu mövzuda (Türkiyə-Ermənistan sərhədinin açılması - red.) konkret müddət yoxdur. Cənab prezidentin (Türkiyə - red.) dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel davam edəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq", - mənbə bildirib.

Avqustun 8-də Ermənistan, ABŞ və Azərbaycan liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanması ilə bağlı birgə bəyannamə imzalayıblar.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, eləcə də birbaşa hava ilə yükdaşımaların həyata keçirilməsi və lazımi proseslərin başlanması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb.

Almaz Həsənli

Избранный
52
11
oxumeni.az

10Источники