RU

İstifadə etdiyi krem ciddi müalicəyə səbəb oldu - içindəki maddə həkimi dəhşətə gətirdi

Van şəhərinin İpekyolu məhəlləsində 15 gün əvvəl baş verən bir hadisə, internetdən alınan təhlükəli bir krem səbəbindən ciddi nəticələrə yol açıb.

E-saglam.az-ın məlumatına görə, 21 yaşlı D.K. sosial şəbəkələrdə "dərini ağartmaq" və "sızanaq izlərini aradan qaldırmaq" kimi reklam edilən bir kremi sifariş edib və üzünə tətbiq edib. Lakin qısa müddətdə üzündə və bədəninin digər hissələrində şişlik, yanma və qızartı hiss etməyə başlayıb.

Vəziyyəti pisləşən D.K. dərhal Van Yüzüncü Yıl Universiteti Dursun Odabaşı Tibb Mərkəzinə aparılıb və reanimasiyaya yerləşdirilib. Müalicə zamanı həkimlər, kremin tərkibində yüksək miqdarda kojik turşusu tapıblar. Bu maddə dərini yandıran və zədələyən xüsusiyyətə malikdir. Həkimlər, bu cür maddələrin təhlükəli olduğunu və dəridə ciddi zədələrə səbəb ola biləcəyini qeyd ediblər.

D.K. reanimasiyada 4 gün müalicə edildikdən sonra, dərisinin müxtəlif hissələrində ciddi yanıq və çapıqlar əmələ gəlib. Van Yüzüncü Yıl Universiteti Dursun Odabaşı Tibb Mərkəzinin dermatologiya kafedrasının müəllimi Prof. Dr. Hatice Uce Özkol, xəstənin vəziyyətinin çox ağır olduğunu bildirib, xüsusilə üz və boyundakı yaraların ciddi şəkildə zədələndiyini vurğulayıb. Müalicə zamanı həkimlər yüksək dozada dərmanlarla müdaxilə edərək xəstənin vəziyyətini sabitləşdiriblər.

Prof. Dr. Özkol, internetdən alınan məhsullara qarşı diqqətli olmağın vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, "Kremin tərkibindəki kojik turşusu kaustik və vitriola bənzər bir maddədir, bu da dəridə çox ciddi zərər verə bilər". O, insanlara xüsusilə dərini ağartmaq və ya ləkələrdən qurtulmaq məqsədilə satılan bu cür məhsullardan istifadə etməmələrini tövsiyə edib.

Hazırda D.K. nəmləndirici və qoruyucu kremlərlə müalicə olunur və vəziyyəti izlənir. Prof. Dr. Özkol, "Xəstənin vəziyyəti yaxşılaşır, amma hələ də müalicəyə ehtiyacı var" deyərək, internetdə satılan kremlərin təhlükəli ola biləcəyini və həkim məsləhəti alınmadan belə məhsulların istifadə edilməməsini vurğulayıb.

Xəstənin vəziyyətinə diqqət yetirilməli, vəhşi reklamlarla satılan məhsullardan qaçınmalı və sağlamlıq problemləri qarşısında həkimlərdən düzgün məsləhət alınmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
21
7
e-saglam.az

10Источники