Ötən gün Balıkəsirin Sındırqı bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisədən sonra Səhiyyə naziri Kamal Memişoğlu vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verib.
Nazir bildirib ki, ümumilikdə 29 yaralı qeydə alınıb, onlardan 19-u ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 10 nəfərin isə xəstəxanada müalicəsi davam edir.
Onların hamısının vəziyyəti yaxşıdır.
Memişoğlu zəlzələ nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verib.