RU

Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

Türkiyə-Ermənistan sərhədinin açılışının konkret vaxtı məlum deyil.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə KİV məlumat yayıb.

"Türkiyə-Ermənistan sərhədinin açılması barədə konkret müddətlər yoxdur.  Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel gedəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, avqustun 8-də Ermənistan, ABŞ və Azərbaycan liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına dair birgə bəyannamə imzalayıblar.

Избранный
74
50
unikal.az

10Источники