RU

I qrupda düzgün seçim edənlərin hamısı qəbul ola bilər - DİM sədrindən PROQNOZ

I ixtisas qrupunda abituriyentlər düzgün ixtisas seçimi etdikləri təqdirdə, onların böyük əksəriyyətinin ali məktəblərə qəbul olmaq şansı yüksəkdir.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Rİ altqrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Bu səbəbdən keçid ballarında 3-5 bal arasında azalma müşahidə edilə bilər.

"500 bal toplayanların sayında ciddi fərq olmadığından, onların keçid ballarında 1-2 bal azalma gözlənilir. 400 bal aralığında nəticə göstərənlər isə ötən ilin keçid balları ilə ali məktəbə daxil ola biləcəklər. 300 bal toplayanların sayında artım olduğundan, bu ballar üzrə keçid ballarında müəyyən artım ola bilər. Eyni zamanda, 200 bal aralığında olan abituriyentlər üçün müəyyən ixtisaslarda keçid balları cüzi şəkildə arta bilər".

Məleykə Abbaszadə vurğulayıb ki, Rİ altqrupunda müsabiqəyə buraxılan hər bir abituriyentin ali məktəbə qəbul olmaq şansı yüksəkdir. O, abituriyentlərə tövsiyə edib ki, ixtisas seçimini öz real ballarını nəzərə alaraq etsinlər. Namizədlərin sayı və mövcud plan yerlərinin müqayisəsi göstərir ki, hər bir abituriyentin universitetə qəbul olmaq imkanı var.

Избранный
62
1
azedu.az

2Источники