RU

“Vest Hem” Mads Hermanseni satın aldı

“Vest Hem” 25 yaşlı danimarkalı qapıçı Mads Hermanseni “Lester Siti”dən tamhüquqlu əsasda “çəkicdöyənlər”in düşərgəsinə qatıb.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar.

Keçid “Vest Hem”ə 20,8 milyon avro məbləğ müqabilində başa gəlib.

Mads Hermansen “Bröndbü”nün məzunudur. Qapıçı həmçinin “Lester Siti”də çıxış edib.

Geridə qalmış mövsümdə Hermansen “Lester Siti” üçün 28 oyuna çıxıb, 60 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlğını təmin edib.

Mads Hermansen Danimarka yığmasına cəlb edilsə də, debüt imkanı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı danimarkalı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
10
arena.az

1Источники