RU

TƏBİB-dən metroda doğulan körpənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

08.08.2025-ci il tarixində Bakı Metropoliteninin "20 Yanvar"stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasınahospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamikamüşahidə olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsindəmüalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maskaoksigenlə tənəffüs dəstəyinə keçirilib.

"Vəziyyətində yaxşılaşma müşahidə olunur.

Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavəolaraq parenteral qidalanma davam etdirilir. Laborator analiznəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğunagörə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsiHamiləliyin patologiyası şöbəsində davam etdirilir",- deyə əlavəedilib.

Qeyd edək ki, yanvarın 8-i Bakı Metropoliteninin “20 Yanvar”stansiyasında bir qadın uşaq dünyaya gətirib. Hadisə zamanıstansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruritibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyayagətirib.

Məqalədə:
Избранный
31
32
az.trend.az

10Источники