RU

Türkiyədəki zəlzələdə ölən aktirasının əmisi imiş

Türkiyədə ötən gün baş verən zəlzələdə həlak olan şəxs tanınmış aktrisa Eylül Tumbarın əmisi olub.

Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

Yaxınlarının dağıntılar altında qaldığını açıqlayan aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: “Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”. 

Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Избранный
30
19
modern.az

10Источники