RU

Bakı Dövlət Universitetində təhsil haqları 100-600 manat bahalaşıb

Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb.

Artım 100-600 manat aralığındadır.

Belə ki, I qrupda mühəndislik ixtisasları (ekologiya , geologiya və geofizika, geomatika və geodeziya, kimya, mədən və sair mühəndislikləri) üzrə illik təhsil haqları ötən il 2100 manat olduğu halda bu il 2700 manatdır. Bu qrupda müəllimlik ixtisaslarının illik təhsil haqları 100-200 manat bahalaşıb.

Fizika, kompüter elmləri, geologiya, mexanika, riyaziyyat ixtisaslarında isə artım 400 manat artaraq 2500 manata çatıb.

II ixtisas qrupunda da demək olar ki, bütün ixtisaslar üzrə qiymət artımı müşahidə edilib. Ötən il 3000 manata olan bəzi ixtisasların (Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və sair) illik təhsil haqları bu il 3200 manat təşkil edib.

III qrupda filologiya ixtisasları 100-300 manat aralığında bahalaşıb, hüquqşünaslıq ixtisasının illik təhsil haqqı dəyişməyib (4500 manat). Regionşünaslıq ixtisasları 400 manat, politologiya ixtisasında 200 manat artım qeydə alınıb. IV qrupda  isə psixologiya ixtisası 500 manat, müəllimlik ixtisasları 200 manat artıb.

Qeyd edək ki, bu gündən Azərbaycanda ixtisas seçimi başlayır.

MənbəMODERN.AZ
Избранный
7
3
banker.az

4Источники