RU

Azərbaycana qarşı məkrli davrananların siyasəti SÜQUTA UĞRADI

Tarixi Vaşinqton görüşü və burada əldə edilən uğurun təməlində cənab Prezident İlham Əliyevin apardığı müstəqil xarici və daxili siyasət, eyni zamanda diplomatiya sahəsində əldə edilən uğurlar durur.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
 
“İstər iqtisadi sahədə islahatlar, istər beynəlxaq səviyyədə aparılan  danışıqlar, COP29-un və bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi və burada Azərbaycanın haqq səsinin dünyaya çatdırılması çox mühüm idi. 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, minalardan ərazilərin təmizlənməsi və digər məsələlərlə dünyaya bir daha sübut etdik ki, Azərbaycan siyasətində əsas məqam ölkənin suverenliyi, onun qorunması və əhalinin rifahı məsələsidir”, - o deyib.

Komitə sədri vurğulayıb ki, artıq Ermənistan da hiss edib, başa düşüb ki, birmənalı şəkildə Azərbaycanla baş-başa gəlmək, yaxud diplomatik, istərsə də digər istiqamətlərdə onunla  müharibə, hərb dilində danışmaq qeyri-mümkündür:

“Çünki Azərbaycan ən müasir silahlardan istifadə edərək 44 günlük müharibədə qələbə qazandı, hibrid müharibənin nə olduğu, kiber hücumların nə olduğunu ortaya qoydu. Ən aparıcı ölkələrin silahlarının birgə istehsalını, eyni zamanda onların idxaldan ixraca keçmək prinsipi əhəmiyyətli idi. Yəni bu hadisələr Azərbaycanın həqiqətən regionda aparıcı dövlət olduğunu bir daha göstərdi. Bununla paralel olaraq, ABŞ kimi süper güc, eyni zamanda Çin, Pakistan, Türkiyə və digər dövlətlərlə aparılan danışıqlar, imzalanmış tərəfdaşlıq müqavilələri, strateji müttəfiqlik, bundan sonra Türk Dövlətləri Təşkilatında güclü dövlət kimi tanınmaq, bütün bunlar Azərbaycana böyük qələbələr gətirdi. Təbii ki, bu qələbələrin başında da cənab Prezidentin, Ali Baş Komandanın qətiyyəti, xalqa inamı durur. Ona görə də düşünürəm ki, istər Fransa, istərsə də digər dövlətlər bu məsələləri dərk etdi. İstər Rusiya, istərsə də İranın atdığı addımlar, eləcə də digər dövlətlərin atdığı məkrli siyasətinin həyata keçirən dövlətlərin süqutu, məğlubiyyəti ilə nəticələndi. Aparılan bir sıra müharibələrdə - istər Suriya-İsrail danışıqlarında Azərbaycanın vasitəçilik missiyası, bundan sonra  İran-İsrail münaqişəsində vasitəçilik missiyasının həyata keçirilə biləcəyi, Rusiya ilə digər dövlətlər arasında problemlərin həll olunmasında Azərbaycanın rolu  -bütün bu proseslər bir daha göstərdi ki, ölkəmiz güclü daxili və xarici siyasətini quran dövlətdir. Məhz buna görə  ABŞ bir partnyor kimi Azərbaycana inandı. Nəticədə də göz qabağındadır. Ermənistan da başa düşdü ki, Azərbaycanla güc dilində danışmaq, havadarları vasitəsi ilə ona təsir etmək qeyri-mümkündür.  Məhz buna görə də regionda ən güclü dövlət kimi Azərbaycanla, güclü lider kimi cənab İlham Əliyevlə istər Donald Trampın, eləcə də digər aparıcı dövlətlərin rəhbərlərinin əlaqələri yüksək səviyyədə quruldu”.

Избранный
47
50
modern.az

10Источники