RU

KİV: Avstraliya yaxın bir neçə gün ərzində Fələstin dövlətini tanımağa hazırlaşır

BAKI, 11 avqust. TELEQRAF

Avstraliya bu gün və ya yaxın bir neçə gün ərzində Fələstin dövlətini tanımağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Baş nazir Entoni Albaneze bu məsələdə daxili təzyiqlərlə üzləşib. Belə ki, bu ayın əvvəlində Sidneydə on minlərlə insanın iştirakı ilə Fələstinə dəstək yürüşü keçirilib.

Qeyd edək ki, Albaneze iki həftə əvvəl Fələstin dövlətini dərhal tanımağı planlaşdırmadığını bəyan etmişdi.

Избранный
62
teleqraf.com

1Источники