RU

Türkiyədə daha 2 nəfər dağıntılar altından çıxarıldı

BAKI, 11 avqust. TELEQRAF

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından daha iki nəfər çıxarılıb. Digər ki nəfərin axtarışları isə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu deyib.

O, indiyədək insan itkisinin qeydə alınmadığını bildirib.

Избранный
70
3
teleqraf.com

5Источники