RU

Kriştiano Ronaldonun iki qolu da komandasına kömək olmayıb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni mövsümə hazırlaşan "Əl-Nəsr" yoxlama oyununda "Almeria"ya 2:3 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində meydanda olan Kriştiano Ronaldo biri penaltidən olmaqla 2 qol vurub.

İspaniyada keçirilən oyunda hesabı meydan sahibləri açıb, sonra portuqaliyalının dublu sayəsində qonaqlar önə keçiblər, nəhayət daha iki qol vuran "Almeria" qələbə qazanıb.

"Almeria" ötən mövsüm İspaniyanın Sequnda divizionunda 6-cı yeri tutub.

Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəsr"in Avropa klubları ilə üç yoxlama görüşündə ümumilikdə 6 qol vurub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
32
icma.az

10Источники