RU

Senator:Ukrayna bacarmır, ərazi mübadiləsi olmalıdır

BAKI, 10 avqust. TELEQRAF

Ukrayna rusları öz ərazisindən tam qova bilməyəcək, lakin Rusiya da yeni əhəmiyyətli ərazilər ələ keçirə bilməz. Buna görə sülh sazişi qarşılıqlı ərazi güzəştlərinin müəyyən formatını nəzərdə tutacaq.

Teleqraf xəbər verir ki, bu fikri “NBC News”a müsahibəsində respublikaçı senator Lindsi Qrem ifadə edib.

"Sizinlə səmimi olmaq istəyirəm, Ukrayna rusları öz ərazisindən tam qova bilməyəcək, Rusiya da Kiyevə çatmayacaq. Buna görə də sonda müəyyən torpaq mübadiləsi baş verəcək", - Qrem bildirib.

O, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən Almaniyanın 2 hissəyə bölündüyünü və hətta Berlin şəhərinin 30 ildən çox bölünmüş vəziyyətdə mövcud olduğunu xatırladıb.

Buna cavab olaraq jurnalist Qremə onun 2023-cü ilə aid bəyanatını xatırladıb. Qeyd edək ki, həmin vaxt o, müharibələrin təcavüzkara ərazi verməklə bitməməli olduğunu və Rusiyaya Ukraynada ediləcək güzəştlərin Kremli yeni müharibələrə, o cümlədən NATO-ya qarşı müharibələrə ruhlandıracağını bildirmişdi.

Buna cavab olaraq Qrem bildirib ki, Ukraynaya hərbi yardımın davam etdirilməsi Avropada sülhü təmin edəcək, çünki bu halda "Rusiyanın hərəkətlərini Ukrayna ordusu cilovlayacaq".

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinə həmçinin Ukraynaya yenidən müdaxilə edəcəyi təqdirdə Rusiyanın təkcə bu ölkənin ordusuna qarşı deyil, bütün Avropa qüvvələrinə qarşı mübarizə aparmalı olacağı ilə bağlı bənd daxil edilməlidir.

Qrem əmindir ki, Kiyev və Vaşinqton arasında imzalanan "mineral sazişi" də Ukraynanın təhlükəsizliyini təmin edəcək, çünki Prezident Tramp şəxsən özü bu maraqların təminatçısıdır.

Избранный
50
teleqraf.com

1Источники